YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalı İcra Komitəsinin iclasında iştirak edib

İyulun 21-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov Mərkəzçi Demokrat İnternasionalı İcra Komitəsinin videokonfrans formatında keçirilən iclasında iştirak edib.

İclasda qurumun Prezidentinin və Baş katibinin hesabatları dinlənilib, azad ticarət və mədəni əlaqələr üzrə ASEAN-Aİ tərəfdaşlığına, Ukraynadakı milli azlıqların hüquqlarına, Livan, Meksika, Nikaraqua və Anqoladakı vəziyyətə dair qətnamələr müzakirə edilərək qəbul olunub.

Müzakirələrdə iştirak edən YAP təmsilçisi R.Məmmədov 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan torpaqlarında həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib. Qarabağın dirçəldilməsi üçün nəhəng layihələrin icrasına başlandığını söyləyib. O qeyd edib ki, azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi davamlı inkişaf və bölgənin dirçəlişi üçün çox vacibdir.

Sonda təşkilatın fəaliyyətinə dair cari məsələlər müzakirə olunub.