YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Yeni çağırışlar yeni tələblər müəyyənləşdirir

“Azərbaycan mətbuatı “Əkinçi”dən başlayan ənənələri davam etdirərək xalqımızın mədəniyyətinin, adət ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olub və indi də belədir. Bu gün Azərbaycan mediası milli adət-ənənələrimiz, milli ideologiyamız, tariximiz, dilimiz və dinimizi qorumaq, bu dəyərlərimizi gənc nəslə təbliğ etmək işinə böyük töhfə verir. Müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının elə bir tədbiri yoxdur ki, mediada işıqlandırılmasın. Mediada bu istiqamətə xüsusi diqqət həm də milli mənəvi dəyərlərimizi yad təsirlərdən qorumaq, bu mövzunu daim gündəmdə saxlamaq məqsədi daşıyır”. Bu fikirləri KİV-ə açıqlamasında SƏS Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Bəhruz Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev həmişə jurnalistlərlə yaxın təmasda olmuş, onların sosial, maddi və mənəvi problemləri ilə maraqlanmış və qələm əhlinə heç vaxt öz köməyini əsirgəməmişdir: “Hesab edirəm ki, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasının qoyulması və inkişaf etdirilməsi Ümummilli Liderin Azərbaycan mediası və cəmiyyəti qarşısında mühüm xidmətlərindən biridir.

Prezident İlham Əliyevin prezidentliyi dövründə isə dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olmuşdur. Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar.”

Bəhruz Quliyev bildirib ki, yeni çağırışlar yeni tələblər müəyyənləşdirir: “Onların yerinə yetirilməsi şərtdir. Əminəm ki, yeni yaranmış Medianın İnkişafı Agentliyi bu baxımdan üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcək, problemlərə konseptual yanaşma ortaya qoyacaq.”

“Sevindirici haldır ki, bu gün "SƏS" qəzetinin bazasında yaradılmış "SƏS" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından da 13 il ötür.  SİA fəaliyyət göstərdiyi 13 il ərzində kifayət qədər nüfuz qazanıb, ətrafında oxucu ordusu cəmləyib. Artıq 2008-ci ildən qəzetin maddi və intellektual bazasında yaradılmış, müasir informasiya siyasətinə uyğunlaşan, üç dildə "SƏS" İnformasiya Agentliyi (sia.az) fəaliyyət göstərir ki, qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursa çevrilib. Mən deyərdim ki, "SƏS"in oturuşmuş təcrübəsinin üzərində bu gün böyük bir məktəb yaranıb. İnformasiya agentliyi qocaman işçilərin təcrübəsindən bəhrələnərək hazırda yeni nəsil jurnalistlər yetişdirir. Vaxtilə SİA-da işləmiş, yetişmiş jurnalistlər bu gün ölkənin aparıcı mətbuat orqanlarında və dövlət qurumlarında çalışırlar. Təbii ki, SİA-nın Azərbaycan mətbuatının inkişafına verdiyi bu töhfə bizi sevindirir".-deyə, Əməkdar jurnalist Bəhruz Quliyev bildirib.