YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynalı jurnalist: Şuşa azərbaycanlılar üçün çox dəyərli şəhərdir

Hər şəhərin öz tarixi və ruhu var. Bələdçimizdən Şuşanın tarixi ilə bağlı öyrəndiklərim hələ yolda məndə elə hisslər yaratmışdı ki, bu şəhər azərbaycanlılar üçün çox dəyərlidir və səyahətimiz maraqlı alınacaq.

Bu fikirləri Ukraynanın “İnter” televiziya kanalının Şuşada səfərdə olmuş hərbi müxbiri İrina Baqlay bildirib.

Jurnalistin sözlərinə görə, Şuşada ona ən çox təsir bağışlayan yerli sakinlərin evlərinə qayıtmağa göstərdiyi səylər olub. Halbuki həmin evlər yerlə-yeksan edilib. İnsanların kiçik vətənlərinə bu sevgisi ruh yüksəkliyi yaradır.

İrina Baqlay daha sonra deyib: “Mən çox istərdim ki, bu şəhər dirçəldiləndən sonra onu görüm, onun küçələrində gəzişim. Xüsusi təyinatlıların qalxdığı əzəmətli zirvə ağlasığmaz gözəlliyə malikdir. İkinci Qarabağ müharibəsinin gedişini dayandıran və 30 illik münaqişəyə son qoyan xüsusi əməliyyatın detallarını öyrənmək hərbi müxbir kimi mənə çox maraqlıdır. Qayanın kənarında dayanarkən ucsuz-bucaqsız dağların əzəməti, hərbi şəraitdə nəzərə çarpmadan buraya qalxmaq və döyüşdə iştirak etməyin mümkünlüyü barədə fikirlər məni hədsiz həyəcanlandırmışdı. Bir də Ukraynadan olduğumu öyrəndikdə insanların mənə olan münasibəti məni çox təsirləndirib”.