YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Boliviyanın dövlət televiziyasında Azərbaycanla təhsil, mədəniyyət, turizm və iqtisadi sahələrdə əlaqələrdən danışılıb

Azərbaycanın Boliviyadakı səfiri Rəşad Aslanov Azərbaycan Respublikası ilə Boliviya Çoxmillətli Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Boliviyanın dövlət televiziyası olan “Bolivia TV”nin “El Siete a las Seis” informasiya proqramına və nüfuzlu “Radio Fides” radiosunun “Antes de medio dia” verilişinə müsahibə verib.

Səfirlikdən bildirilib ki, R.Aslanov Azərbaycan və Boliviya arasında ikitərəfli əlaqələrin tarixi barədə danışaraq, bu ilin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu və bu münasibətlə xarici işlər nazirləri Ceyhun Bayramov və Roxelio Mayta arasında təbrik məktubu mübadiləsinin baş tutduğunu bildirib. Eyni zamanda, ikitərəfli münasibətlərin hazırkı durumu, həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlər, Boliviya ilə enerji, təhsil, mədəniyyət, turizm, iqtisadi sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə məlumat verib.

Səfir iki ölkə arasında çoxtərəfli platformada da əməkdaşlığın uğurla davam etdirildiyini bildirərək, bu xüsusda, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq barəsində danışıb. Diplomat Azərbaycanın hazırda Qoşulmama Hərəkatına sədrlik etdiyini, təşkilatın sədri kimi, COVID-19 pandemiyası ilə mübarizə sahəsində irəli sürdüyü beynəlxalq təşəbbüslər, 30-dan artıq ölkəyə yardım göstərilməsi, o cümlədən koronavirus infeksiyasına qarşı mövcud peyvəndlərin ədalətli bölgüsü ilə bağlı məsələnin beynəlxalq səviyyəyə qaldırılması və gündəlikdə saxlanılması istiqamətində səyləri barəsində məlumat verib.

Həmçinin, 70-80-cı illərdə Azərbaycanda təhsil almış Boliviya vətəndaşlarından da söz açan R.Aslanov xarici ölkələrin vətəndaşları olan gənclər üçün hazırda ölkəmizdə mövcud olan təhsil imkanlarından danışıb.