YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi qulluqçular üçün beynəlxalq humanitar hüquq mövzusunda seminarlar keçirilib

Bu ilin fəaliyyət planına əsasən, Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə hərbi qulluqçular üçün beynəlxalq humanitar hüquq mövzusunda seminarlar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, seminarlar zamanı BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxış edib və onları maraqlandıran sualları cavablandırıblar.