YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Tonq Op Kim: Şuşa səfəri məndə zəngin təəssürat yaratdı

Bu gün çox xüsusi və əlamətdar gündür. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Qarabağda, Şuşadadırlar. Mən də burada olmağımdan çox məmnunam.

Bu sözləri Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tonq Op Kim söyləyib.

Diplomat deyib: “Təsəvvür edə bilməzsiniz ki, mən Qarabağla bağlı necə narahat idim. Bu gün nəhayət ki, buradayam. Şuşa səfəri məndə zəngin təəssürat yaratdı”.