YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Klaudio Taffuri: Əminəm ki, aparılan bərpa-quruculuq işləri sayəsində Qarabağ tezliklə yenidən canlanacaq

Bu səfərdən çox təsirləndim, bütün ərazilər məhv edilib. Bu, mənə çox acı hisslər yaşatdı.

Bunu İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri bildirib.

Səfir əminliklə qeyd edib ki, Azərbaycan dövlətinin Zəfərdən sonra Qarabağda apardığı bərpa-quruculuq işləri sayəsində tezliklə bölgə yenidən canlanacaq, insanlar öz evlərinə qayıdacaqlar. O zaman hər şey yaxşı olacaq.

“İşğaldan azad edilmiş rayonların bərpası üçün İtaliya ilə Azərbaycan arasında xeyli sayda müqavilə imzalanıb. İtaliya şirkətləri bu bölgədə tikinti-quruculuq işlərini həyata keçirməyə hazırdırlar”, - deyə diplomat vurğulayıb.