YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Emil Aslanlı: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması mühüm tarixi hadisədir

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı xüsusi strateji və iqtisadi əhəmiyyətə malikdir”.

Bu fikirləri “Yeni Tv”nin canlı yayımında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Emil Aslanlı bildirib.

O qeyd edib ki, yeni bölgü əsasında 14 iqtisadi rayon formalaşdırılıb: “44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdan sonra işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində Prezident İlham Əliyev tərəfindən bir çox strateji qərarlar verilib. Bu qərarlardan biri də yeni iqtisadi rayonların yaradılmasıdır. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması mühüm tarixi hadisədir. Geriyə qaytarılmış torpaqlarda həm yeni strateji yol xəritələrinin yaradılması, həm də bu ərazilərdəki resursların ölkə iqtisadiyyatına müsbət təsiri üçün yeni iqtisadi rayonların əvəzsiz rolu olacaqdır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları məcburi köçkünlərin öz torpaqlarına qayıtması, onlar üçün yeni iş yerlərinin yaradılması, ərazidə yeni konsepsiyaların icrası - ağıllı kənd, ağıllı şəhər yaradılması istiqamətində mühüm önəmə malikdir”.

E.Aslanlı deyib ki, iqtisadi rayonların yeni bölgüsü ölkə iqtisadiyyatı üçün mühüm önəm daşımasıyla bərabər, mühüm strateji əhəmiyyətə də malikdir: “Xüsusilə yeni yaradılan Qarabağ iqtisadi rayonu tarixi bir məna ifadə edir. 1921-ci il iyulun 4-5-də Rusiya Kommunist Bolşeviklər Partyasının Mərkəzi Komitəsinin Qafqaz bürosunun plenumunun iclasında ortaya süni şəkildə atılmış “Dağlıq Qarabağ” ifadəsi 100 il sonra cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Fərman ilə aradan qaldırıldı və tarixi yanlışın üzərindən xətt çəkildi”.

O əlavə edib ki, yeni yaradılmış Qarabağ iqtisadi rayonuna Xankəndi, Xocalı, Xocavənd və Şuşanın daxil edilməsi böyük əhəmiyyət kəsb edir: “Adları qeyd edilən rayonlar ölkə iqtisadiyyatına istər aqrar, istərsə də turizm cəhətdən öz müsbət töfhələrini verəcəklər. Bir digər iqtisadi rayon Şərqi Zəngəzur rayonunun yaradılması da olduqca önəmli tarixi hadisədir. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi və Şərqi Zəngəzur tarixi adının bərpa edilməsi daha bir uzaqgörən addımdır. Şərqi Zəngəzur iqtisadi rayonunda olan 5 rayonun hər biri uzun illər erməni təcavüzkarlarının işğalında idi. Qeyd edilən rayonlar iqtisadi resursları ilə də zəngin olan rayonlardır. Bu rayonların da iqtisadi potensialından istifadə etmək üçün Şərqi Zəngəzur iqtisadi rayonun yaradılması strateji qərardır. Bu iqtisadi rayon ilə bağlı qeyd ediləcək bir digər mühüm məsələ də 10 noyabr bəyanatında yer alan Zəngəzur dəhlizinin açılması prosesidir. Zəngəzur dəhlizi açıldıqdan sonra bu iqtisadi rayonun nəinki Azərbaycan iqtisadiyyatı, eləcə də region üzrə əhəmiyyəti daha da çox olacaq. 44 günlük Şanlı Zəfərin davamı olaraq Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması və bu ərazilərin ölkənin sosial-iqtisadi proseslərinə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Biz əminik ki, bu ərazilər Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən canlanacaq və ölkənin iqtisadi inkişafında əhəmiyyətli rola malik olacaqlar”.

DİGƏR Xəbərlər Arxiv