YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi Laçın rayonunun Şeylanlı kəndindən videogörüntülər paylaşıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Laçın rayonunun işğaldan azad edilmiş Şeylanlı kəndindən videogörüntülər paylaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.

Şeylanlı kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları birgə üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.