YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

Fevralın 21-də Yeni Azərbaycan Partiyası  Nizami rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva konfransın gündəliyi haqqında məlumat verib. Sədaqət Vəliyeva bildirib ki, hazırda YAP Nizami rayon təşkilatının 11253 nəfər üzvü var, onlardan 5511 nəfərini gənclər, 5293 nəfərini isə qadınlar təşkil edir, rayon təşkilatının 149 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı təqdim edən rayon təşkilatı GB-nin sədri, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov qeyd edib ki, GB-nin III konfransında üzvlərinin sayı 4256 nəfər idisə, bu gün bu rəqəm 5511-dir. Bu müddət ərzində YAP Nizami rayon GB bir çox işlər görüb, öz sıralarını daha da genişləndirib.
Sonra hesabat ətrafında çıxışlar olub.
Çıxış edən YAP Nizami rayon təşkilatı GB-nin üzvləri Elşəm Mirzəyev, Asif Əliyev, Ayan Yusifova və başqaları III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra təşkilati işlərə baxılıb, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP GB-nin növbəti konfransına nümayəndələri seçilib.
Konfrans iştirakçılarının yekdil səsverməsinə əsasən Sevinc Abdullayeva YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri, Ramil Vəlibəyov sədrin I müavini, Xəyal Əhmədov və Həbib Nəsirov isə müavinləri seçiliblər.
Təşkilati məsələlərdən sonra çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva göstərilən etimada görə partiya rəhbərliyinə minnətdarlığını bildirib.
Çıxış edən Milli Məclis sədrinin I müavini, YAP İdarə Heyətinin üzvü Ziyafət Əsgərov deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir: “Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün partiyanın sıralarında 650 minə yaxın üzvün olduğunu bildirib və qeyd edib ki, onların arasında gənclər xüsusilə fərqlənirlər.
YAP İcra katibinin müavini vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir: “Bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib”.
YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışında deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.

 

DİGƏR Partiya xəbərləri Arxiv