YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Bu gün Azərbaycan gəncliyi uğurları ilə bizi sevindirməyə davam edir

“Bu gün Azərbaycan gəncliyi uğurları ilə bizi sevindirməyə davam edir. İllər ərzində müstəqil dövlətimizin yeni nəsli formalaşıb. Hər zaman deyildiyi kimi, gənclər öndə gedən aparıcı qüvvədir, tükənməz enerji mənbəyidir”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın illər ərzində həyata keçirdiyi gənclər siyasəti onların bu prosesdə iştirakı, gözləntiləri nəzərə alınmaqla reallaşdırılıb. Dünyada bu sahə ilə bağlı müxtəlif yanaşmalar var. Bəzi ölkələrdə gəncliyin sırf problem mənbəyi olduğu düşünülür. Azərbaycan bunu əvvəldən inkar edib. Biz gənclərə tərəf müqabilimiz kimi baxırıq. Bu gün Azərbaycanda gənclər siyasəti ilə bağlı hər hansı qanun layihəsi işləndikdə, dövlət proqramı hazırlandıqda, yol xəritəsi formalaşdırıldıqda aidiyyatı dövlət qurumları ilə yanaşı, mütləq şəkildə gənclərin rəyləri, mövqeyi nəzərə alınır. Çünki gənclər həmişə yaxşı mənada radikaldırlar. Fantaziyaları genişdir. Bizim işimiz fantaziyaları, ideyaları istiqamətləndirməkdir. Təbii ki, bu prosesdə üzə çıxan yaradıcı məsələlər sənədlərdə əksini tapır. Sonra həmin layihənin icrasında da onlar bizimlə çiyin-çiyinə çalışır. Bu gün Azərbaycan gəncliyi gözləmə mövqeyində deyil. Hər bir sahədə imzasını qoymağa, sözünü deməyə çalışır”.