YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konyada keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimləri uğurla davam edir

Türkiyənin Konya şəhərində müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi uğurla davam edir.

Təlimlərin məqsədi Türkiyə və xarici aviasiya birliklərinin ortaq hərəkət etmək imkan və qabiliyyətlərini inkişaf etdirmək, birliklər arasında qarşılıqlı dəstəyin artırılması, yeni texnika və taktikaların öyrənilməsidir.

İyunun 30-da təlimlərin keçirildiyi məkanda jurnalistlər üçün brifinqin təşkil olunması nəzərdə tutulur.

Xatırladaq ki, iyunun 21-də start götürən taktiki-uçuş təlimlərində Azərbaycan, Pakistan, Qətər və NATO ilə yanaşı, Türkiyə Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Dəniz Qüvvələrinin pilotları da iştirak edirlər.

Təlimlərə iyulun 2-də yekun vurulacaq.

 

DİGƏR Xəbərlər Arxiv