YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: YAP Gənclər Birliyi Xocalı soyqırımı ilə bağlı yeni layihələr reallaşdıracaq

«Azərbaycan gəncliyi olaraq Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Gənclərimiz sosial şəbəkələr vasitəsilə soyqırımı haqda məlumatları yayırlar. Eyni zamanda, e-mail aksiyası keçirərək bir sıra beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin müvafiq strukturlarına Xocalı həqiqətlərini çatdırırıq». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, e-mail aksiyası çərçivəsində YAP-ın gəncləri beynəlxalq təşkilatların, nüfuzlu şəxslərin, eləcə də, dünyada tanınan siyasətçilərin, dövlət adamlarının elektron poçtlarına Xocalı soyqırımını əks etdirən məlumatlar göndərir. Onun sözlərinə görə, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı Azərbaycanda və ölkə hüdudlarından kənarda hər il bir çox işlər görülməkdədir.

 «Eyni zamanda, bu işlərin aparılması istiqamətində mütəmadi fəaliyyət göstərilir ki, həmin fəaliyyətlər çərçivəsində azərbaycanlı gənclərin aktivliyi xüsusilə seçilir. Yeni Azərbaycan Partiyasının gəncləri də Azərbaycanın aparıcı qüvvəsi hesab olunur. Gənclər gələcəkdə də daha ardıcıl istiqamətdə, yeni ideyalarla çıxışlar edəcəklər. Biz də bu işdə həmişə aktiv olmuşuq və bundan sonra da bunu davam etdirəcəyik. Bu tədbir son deyil. Belə ki, YAP rayon təşkilatlarının gənclər birlikləri Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirəcəklər. Eyni zamanda, YAP Gənclər Birliyinin ofisində millət vəkillərinin, Xocalı soyqırımının şahidlərinin iştirakı ilə tədbir olacaq. Eləcə də, Xocalı faciəsinə həsr olunmuş abidə ziyarət olunacaq»- deyə, S.Orucov vurğulayıb.