YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Dəniz Qüvvələrində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

Hərbi Dəniz Qüvvələrində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov çıxış edərək Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışıb.

Hərbi Dəniz Qüvvələrinin komandanı Vətən müharibəsində qazanılan Qələbə və qarşıdan gələn 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edərək, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş hərbi qulluqçulara medallar, xidmətdə fərqlənən digər hərbi qulluqçulara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.