YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq

İşğaldan azad olunmuş ərazilərdə tezliklə insanlar məskunlaşacaq. Bununla bağlı planlar hazırlanır.

Bu sözləri Ağdam şəhərində Baş nazirin müavini, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış komissiyanın sədri Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib.

Baş nazirin müavini deyib ki, Ağdam şəhərinin Baş Planı artıq Prezident tərəfindən təsdiqlənib: “Ağdam şəhərinin təxminən 100 min əhalisi olacaq. Təbii ki, Ağdam şəhərinin də içməli su təminatı olmalıdır. Ümumiyyətlə, işğaldan azad olunmuş bütün ərazilərdə keyfiyyətli su təminatını nəzərdə tuturuq. İlk olaraq Ağdam şəhəri tikilir. Artıq məktəb binası və digər binaların tikintisinə başlanılıb. Biz də su məsələləri ilə məşğul olan komissiya kimi bu işləri paralel, əlaqələndirilmiş şəkildə aparmağa çalışırıq ki, əhali məskunlaşdıqca infrastrukturla təmin olunsun. Yəni yol, nəqliyyat, elektrik, sosial məsələlər, həmçinin su təminatı yüksək səviyyədə olsun. Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş ərazilər nəinki Azərbaycanın, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Biz Prezidentin rəhbərliyi altında bu istiqamətdə əlimizdən gələni edirik”.