YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçrədə Xocalı faciəsindən bəhs edən kitab və filmin təqdimatı keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” ("Justice for Khojaly") beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı və Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə ölkənin paytaxtı Bernin məşhur Bellevue otelində Xocalı soyqırımından bəhs edən kitabların və filmin təqdimatı keçirilib.
Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı dünyada müxtəlif xalqların həyatında faciəli məqamların olduğunu, amma öz miqyasına və amansızlığına görə Xocalı soyqırımının onlardan tamamilə fərqləndiyini diqqətə çatdırıb.
Azərbaycanın tarixi torpağı Dağlıq Qarabağ ərazisində yerləşən, kiçik və azsaylı əhalisi olan Xocalı şəhərində vəhşiləşmiş ermənilərin keçmiş sovet ordusunun Xankəndində dislokasiya olunmuş 366-cı alayının köməyi ilə fevralın 25-dən 26-na keçən gecə törətdikləri soyqırımından danışan səfir bu hadisənin XX əsrin görünməmiş faciəsi olduğunu deyib.
Diplomat şəhərin əvvəlcə bir neçə istiqmətdə top və minamyot atəşinə tutulduğunu, 150 azərbaycanlı hərbçini qətlə yetirdikdən sonra azğınlaşmış ermənilərin dinc əhaliyə divan tutduqlarını qeyd edib. Doğma ata-baba yurdlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ermənilərin həmin faciəli gecədə hətta günahsız qadınlara, uşaqlara və yaşlı insanlara belə aman vermədiklərini, 8 ailəni isə təmamilə məhv etdiklərini bildirib.
Xocalı soyqırımına dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların siyasi qiymət verməmələrindən təəssüf hissi keçirdiyini diqqətə çatdıran Ə. Zeynallı məhz Heydər Əliyev Fondunun vits-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil olunana konfranslar, təqdimatlar və digər tədbirlər sayəsində artıq əksər ölkələrin XX əsrin ən ağrılı və qanlı faciəsi barədə ətraflı məlumat əldə etdiklərini, bir sıra ölkələrin parlamentlərinin faciəni rəsmən soyqırımı kimi tanındığını vurğulayıb.
Səfir Xocalı faciəsi ilə bağlı tədbirin İsveçrə auditoriyasını tam məlumatlandırmağa istiqamətləndirildiyini bildirib və yaxın gələcəkdə İsveçrə parlamentinin də soyqırımı tanıyacağına ümidvar olduğunu bildirib.
Avropa-Azərbaycan Cəmiyyətinin təmsilçisi Yan Pert ölkəmizə səfərləri zamanı Xocalı faciəsi haqqında ətraflı məlumat əldə etdiyini və dünya ictimaiyyətini soyqırımı barədə daha dolğun məlumatlandırmaq üçün kitab nəşr etdirmək qərarına gəldiyini deyib. O Xocalı faciəsini yaşamış insanlarla söhbət və soyqırımla bağlı dərc olunan materiallar əsasında “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabın ərsəyə gəldiyini vurğulayıb. Kitabın ingilis dilində nəşr olunduğunu, dünya ictimaiyyətinin marağını nəzərə alaraq onun digər dillərə də tərcümə ediləcəyini bildirib.
İsveçrəli tarixçi-jurnalist Andre Vidmer müəllifi olduğu “Unudulmuş münaqişə” kitabı üzərində işləyərkən Ermənistana və Azərbaycana səfərlər etdiyini, bu zaman münaqişənin doğurduğu ağır nəticələrin şahidi olduğunu, onun tarixi köklərini araşdırdığını, əsl həqiqəti aşikar etdiyini deyib. O araşdırmaları nəticəsində Ermənistanın işğalçı dövlət olması və ermənilərin Azərbaycan ərazisinin 20 faizini işğal etməsi qənaətinə gəldiyini bildirib.
İsveçrə Konfederasiyaının dövlət strukturaları rəsmlərinin, ölkədə akkreditə olunan diplomatik korpus nümayəndələrinin, qardaş Türkiyə və Azərbaycan diasporası təmsilçilərinin iştirak etdiyi tədbirdə litvalı prodüser Aleksandras Brokasın “Sonsuz dəhliz” filmi nümayiş etdirilib, qonaqlara Xocalı faciəsindən bəhs edən kitablar təqdim olunub.
Tədbirdə, həmçinin “Xocalı faciəsi uşaqların gözü ilə “ rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.