YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran İmanov: Çoxtərəfli əməkdaşlıq, informasiya mübadiləsi, dialoqun səmərəli formaları bütün tərəflərə fayda gətirir

«Multikultural təhlükəsizlik vacib məsələdir. Onun təmin olunması üçün, birincisi, mədəni fraqmentasiyaya kömək etməyən və ictimai inteqrasiyanın universal dəyərlərinə zidd olmayan mədəni müxtəlifliyi dəstəkləyən modelin düzgün seçilməsi vacibdir». Bu fikirləri Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

K.İmanov bildirib ki, çoxtərəfli əməkdaşlıq, informasiya mübadiləsi, dialoqun səmərəli formaları tərəflərə fayda gətirir. Onun sözlərinə görə, mədəniyyət “mədəni müxtəliflik” kimi bir mürəkkəb sistem çərçivəsində cəmiyyətlə qarşılıqlı fəaliyyət göstərir.

«Bu şəraitdə mədəni irsin qorunması, tarixi yaddaşın qorunub saxlanması, tarixin təşviqi, etnik və mədəni identiklik məsələləri ön plana çıxır. Hesab edirəm ki, danışıq meydanı miqrant azlığından heç olmasa onları qəbul etmiş ölkənin tarixi və dəyərlərinin minimum səviyyəsinə malik olmağı tələb edir. Mədəni hüquqlarda daha çox ifadə olunan mədəni müxtəliflik mədəni relyativizmin yanlış tezisindən irəli gələrək, universal vətəndaş hüquq və azadlıqları ilə toqquşmamalı, onları əvəz etməməlidir. Çünki universal hüquqlar və azadlıqlar insan ləyaqətinin müdafiəsini təmin edən minimum hüquqi standartlardır, mədəni standartlar deyildir. Mədəni hüquqlar isə qeyri-məhdud olmur və o vaxta kimi həyata keçirilir ki, onların istifadəsi insanların digər hüququnu pozmur»- deyə, K.İmanov vurğulayıb.