YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Həyata keçirilən düzgün siyasət hədəflərimizə çatmaq üçün tam əsaslar yaradır

«Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı uğurla davam edir». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, Azərbaycan Avroatlantik məkana sürətlə inteqrasiya edir. Onun sözlərinə görə, ölkəmizin iqtisadiyyatı dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir.

«İqtisadi inkişafımızın ən bariz göstəricilərindən biri qeyri-neft sektorunda özünü göstərir. Ötən il bu sahədə artım 7 faiz olub. Dünyada bu, çox yüksək göstəricidir. Ümumiyyətlə, Azərbaycanın əsas hədəfi 2020-ci ilə qədər inkişaf etmiş ölkələr sırasına qoşulmaqdır. Həyata keçirilən düzgün siyasət bu hədəfə çatmaq üçün tam əsaslar yaradır»- deyə, komitə sədri vurğulayıb.