YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdam rayon təşkilatında "Böyük xilaskarlıq qayıdışı " mövzusunda onlayn tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı və Ağdam rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Böyük xilaskarlıq qayıdışı " mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə çıxış edən natiqlər 15 iyun - Milli Qurtuluş Gününün mahiyyəti, o dövrdə baş verən siyasi hadisələr haqqında söhbət açıblar. Diqqətə çatdırılıb ki,  1993-cü il 15 iyun tarixi Azərbaycan dövlətçiliyinin və xalqının xilası günüdür. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, dövlətin inkişafını təmin etdi. Tədbirdə o da vurğulanıb ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və inkişafı hədəfləyən uğurlu dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə baş vermiş Vətən müharibəsində qazanılan şanlı qələbə nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb.

Çıxış edən natiqlər bir daha Ağdam ictimaiyyəti adından bu qələbənin memarı olan Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv