YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatı 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 15 İyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Süleyman Mikaylov bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb: “Çünki
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra daxili vəziyəti gərginləşmiş, ölkədə hakimiyyət boşluğu yaranmış, rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşmişdi. 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyev xalqın təkidli tələbini qəbul etdi, iyunun 9-da Bakıya gəldi. İyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib ki, 1993-cü ilin əvvəllərində cərəyan edən hadisələr fonunda ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi: “Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bununla da 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi yazıldı”.

Tədbirdə çıxış edən millət vəkili Səbinə Xasayeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və digərləri 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixindəki mühüm rolunu qeyd ediblər. 

DİGƏR Xəbərlər Arxiv