YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klub çərçivəsində nazir Əli Abbasovun iştirakı ilə biznes-forum keçirilir

Fevralın 18-də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klub (CEIBC) çərçivəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə biznes-forum keçirilir.
Nazir Əli Abbasov bildirib ki, biznes-forumda informasiya-kommunikasiya texnologiyaları, həmçinin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçiriləcək, onları maraqlandıran suallar, İKT bazarının gələcəyi, bu sektorda olan perspektivlər müzakirə olunacaq. Nazirin sözlərinə görə biznes-forumda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən aparılan siyasət, tənzimləmə mühitində olan dəyişikliklər, qarşıda duran məsələlər müzakirə mövzusu olacaq. “Biz burada əsasən həm xarici, həm yerli şirkətlərin diqqətini ixraca istiqamətlənmiş istehsalın gücləndirilməsinə, genişləndirilməsinə yönəldəcəyik. Bu sahədə dövlətin atdığı addımlar, verdiyi güzəştlər, cəlbedici məqamları açıqlayacağıq”, - deyə nazir bildirib.