YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nigar Arpadarai: Mina xəritələrinin təqdim olunmaması çox böyük cinayətdir

“Müharibə bitib, amma Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı cinayəti davam edir. Bu gün Kəlbəcərdə baş verən hadisə bizi çox üzdü”.

Milli Məclisin deputatı Nigar Arpadarai “Yeni TV”nin canlı yayımında Kəlbəcərin Susuzluq kəndi istiqamətində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşən şəxslərlə bağlı fikirlərini bölüşüb.

“Həlak olan media əməkdaşlarına rəhmət, ailələrinə səbir diləyirəm. 30 ilə yaxın davam edən işğal faktına son qoyulsa da, Azərbaycan Qarabağ müharibəsini zəfərlə başa çatdırsa da, Ermənistan hələ də məğlubiyyətini həzm edə bilmir və aqressiv əməllərindən əl çəkmir, ideologiyasını dəyişmir. Bu, təəssüf doğurur. Bugünkü hadisə bir daha göstərdi ki, mina xəritələrinin təqdim olunmaması çox böyük cinayətdir. Azərbaycan hər bir hərəkətində, addımında beynəxalq hüquqa əsaslanmış siyasət yürüdür. Erməni cinayətkarları isə bu əməllərilə beynəlxalq hüququn bütün müddəalarını pozurlar. Bu gün bizim jurnalistlərimizin həyatını itirməsi, işğaldan azad olunan yerlərə həmin torpaqların sakinlərinin məhz bu səbəbdən gedə bilməməsi cinayət faktıdır. Bu, həm də ərazidə olan hərbçilərimizin, mina təmizləyən ANAMA əməkdaşlarının həyatı üçün riskdir” - deyə, Nigar Arpadarai vurğulayıb.