YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aslan Əzimzadə: Azərbaycan-Çin iqtisadi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyacaq

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti zamanı olduqca mühüm iqtisadi məsələlərə toxunulub. Belə ki, danışıq zamanı Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşlarının təşviqi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, digər tərəfdən nəqliyyat logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Mərkəzi Asiya və Avropa nəqliyyat dəhlizlərinin yaradılmasının təşviqi məsələləri geniş müzakirə olunub”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında iqtisadçı ekspert Aslan Əzimzadə bildirib.

O qeyd edib ki, artıq bölgədə yeni reallıqlar yaranıb: “Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və Zəngəzur dəhlizi faktoru Çin şirkətləri üçün də olduqca maraqlıdır. Bu səbəbdən deyə bilərik ki, Azərbaycan-Çin iqtisadi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan və Çin arasında olduqca yaxşı iqtisadi əməkdaşlıq mövcuddur. Belə ki, Azərbaycan və Çin arasında xarici ticarət dövriyyəsi 2.1 milyard ABŞ dollarıdır. Bu gün Azərbaycan Çinə mühüm növ məhsulları ixrac edir. 2019-cu il üzrə bu məhsullara xam neft, etilen polimerləri, reaktiv mühərrikləri üçün kerosin yanacağı, Betonit gili, təbii üzüm şərabları və üzüm suslosu aiddir”.

A.Əzimzadə vurğulayıb ki, Zəngəzur dəhlizi “Bir kəmər – Bir yol” layihəsi üçün də olduqca mühümdür: “Çünkü bu dəhliz Mərkəzi Asiya və Avropa arasında yeni nəqliyyat dəhlizi olacaqdır. Digər tərəfdən bu dəhliz müəyyən ölkələr üçün nəqliyyat xərclərini azaldacaq, Azərbaycan üçün isə əlavə olaraq tranzit ölkə kimi yeni iqtisadi dividendlər qazandıracaqdır”.