Xəbərlər
Azərbaycan ilə Çexiya arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/c3aee53a85accb7cdd25c76db0f88891.jpg&w=360)
Fevralın 17-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çex Respublikasının ölkəmizdəki səfiri Vitezslav Pivonka ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Zakir Həsənov səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Hərbi sahədə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Çexiyanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Yurji Padour da iştirak edib.