YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Məmmədli: Prezident İlham Əliyevin “COVID-19” virusu ilə mübarizədə atdığı addımlar strateji yanaşma idi

“Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında Prezident İlham Əliyevin nitqi pandemiya ilə qlobal mübarizədə Azərbaycanın aparıcı rolunun beynəlxalq arenaya bir daha çatdırılması baxımdan önəmli idi”.

Milli Məclisin deputatı Müşfiq Məmmədli “Yeni TV”nn canlı yayımında bildirib ki, pandemiyanın ilk günlərindən virusun Azərbaycanda əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması üçün geniş praktiki tədbirlər həyata keçirilib: “Qısa zaman ərzində modul tipli xəstəxanaların yaradılması, xəstəxanaların mobilizasiya olunması, çarpayı sayının artırılması hökumətin mübarizə tədbirlərinə nə qədər önəm verdiyini göstərir. Ümumiyyətlə, Prezident İlham Əliyevin “COVID-19” virusu ilə mübarizədə atdığı addımlar strateji yanaşma idi. Azərbaycanda vəziyyətin hələ o qədər də ağır olmadığı dönəmdə seçicilərlə görüşəndə onlar soruşurdu ki, bu qədər xəstəxanın açılmasına, bu istiqamətdə həyata keçirilən geniş tədbirlərə ehtiyac varmı? Sonradan rəqəmlər 5 minin üstündə olanda müşahidə etdik ki, dövlət başçısının atdığı addımlar nə qədər düzgün, zamana hesablanmış və strateji idi”.

Deputat deyib ki, zamanında görülən tədbirlər, xaricdə işləyən azərbaycanlı həkimlərin, eyni zamanda, xarici mütəxəssislərin Azərbaycana cəlb edilməsi, beynəlxalq təcrübənin ölkədə tətbiqi, bu prosesdəki ağrılı məqamları yumşaltmağa, əhalinin virus səbəbindən zərər çəkməsini minimuma endirdi.

 

DİGƏR Xəbərlər Arxiv