YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlqar Axundov: Azərbaycan virusla mübarizədə güclü qlobal həmrəylik nümayiş etdirib

“Pandemiyanın Azərbaycanda yeni yayıldığı dönəmdə Prezident İlham Əliyevin çıxışlarında tez-tez dediyi “İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür” ifadəsi “COVID-19” pandemiyası ilə mübarizəyə dövlətin nə dərəcədə həssas yanaşdığının göstəricisidir.”

Bu barədə “Yeni TV”nin canlı yayımında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü İlqar Axundov bildirib.

Hökumətin bu sahədə gördüyü işlərə diqqət çəkən İlqar Axundovun sözlərinə görə, Azərbaycan virusla mübarizədə həm də güclü qlobal həmrəylik nümayiş etdirib: “Bu müddət ərzində Azərbaycanın 30-dan çox ölkəyə göstərdiyi maddi və humanitar yardımlar rəsmi Bakının beynəlxalq arenadakı təşəbbüslərinin sözdə deyil, əməldə olduğunun göstəricisidir. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə çıxışları zamanı bu bəladan qurtulmaq və həll yollarının tapılması üçün birlikdə addım atmağın önəmini vurğulayıb. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycan Prezidenti çıxışı zamanı “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” qətnaməsini təqdim etdi. Bu qətnamə ilə yanaşı, dövlət başçısının “Azərbaycan dünyadakı ədalətsiz vaksin bölgüsünə qarşıdır” ifadəsi ölkə rəhbərinin apardığı humanist siyasətin nümunəsidir".