YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının nümayəndələri şəhid və qazi ailələrinin uşaqlarını ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və təşkilatın fəalları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon ərazisində yaşayan şəhid və qazi ailələrini ziyarət edərək onların uşaqları ilə görüşüb.

Görüşdə təşkilat sədri T. Tağıyev şəhid və qazi ailələrinin qayğıları ilə maraqlanıb, torpaqlarımızın azadlığı uğrunda vuruşan oğulların  şərəfli döyüş yolunun ölkə rəhbərliyi və bütün xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Görüşlər zamanı şəhid və qazi ailələrinin uşaqlarına YAP Nərimanov rayon təşkilatı tərəfindən bayram sovqatı təqdim olunub.