YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının fəalları şəhid ailəsini ziyarət ediblər

YAP Ucar rayon təşkilatının fəalları Ucar rayon Şəhidlər Xiyabanında Füzuli rayonunun azad olunmasında şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı İsmayılov Elçin Mübariz oğlunun doğum günündə onun məzarını ziyarət ediblər.

Daha sonra şəhidin ailə üzvləri ilə görüş keçirilib.

Şəhidin ailəsi göstərilən diqqət və qayğı üçün Respublika Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə"medalları ilə təltif olunub.