YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalət Verdiyev: “Qrifon-12” tipli pilotsuz uçuş aparatının endirilməsi qarşı tərəfin atəşkəsə əməl etmədiyini və növbəti təcavüz fəaliyyətlərinə hazırlaşdığını nümayiş etdirir

“Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatının endirilməsi qarşı tərəfin atəşkəsə əməl etmədiyini və növbəti təcavüz fəaliyyətlərinə hazırlaşdığını nümayiş etdirir”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, bu hadisə dövlət sərhədlərimizdə erməni təxribatlarına fasilə verilmədiyini bir daha sübut edir: “Rusiya istehsalı olan PUA-nın Azərbaycan ərazisində nə işi var? Doğrudur, “Qrifon-12” ciddi xüsusiyyətlərə malik hesab edilmir. Amma bu hadisə işğalçı dövlətin ərazilərimizə təcavüz etməsinin birbaşa sübutudur. İndi beynəlxalq güc mərkəzləri buna münasibət bildirsinlər”.

“Təbii ki, son baş verən bu hadisə, ordumuzda xidmət edən bütün heyətin üstün mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərir, döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında isə çox vacib və əhəmiyyətli rol oynayır. Eyni zamanda, PUA-nın endirilməsində Azərbaycanın Belarusdan əldə etdiyi "Qroza-S" radioelektron mübarizə kompleksindən istifadə etməsi göstərir ki, özümüz üçün lazım olan silahları əldə etmişik. Yəni qartal ölçüsündə pilotsuz uçuş aparatı ərazilərimizə keçə bilmir. Nəhayət, Ermənistanda revanş tələb edən qüvvələri bir daha stressə salacaq. Əgər onlar Azərbaycan ərazisinə PUA belə uçura bilmirsə, o zaman hansı revanşdan söhbət gedə bilər,-  deyə Ə.Verdiyev vurğulayıb. 

 

DİGƏR Xəbərlər Arxiv