YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil İskəndərov: İndiyə qədər Ermənistanda heç bir siyasi hakimiyyət erməni xalqının iradəsi ilə seçilməyib

“Sərhəddə yaşanan son hadisələrə görə, Ermənistan rəhbərliyinin günahları heç də az deyil. Bununla yanaşı hesab edirəm ki, daha çox günah son 150 ildə erməniləri çirkin alət kimi istifadə edən erməniçilik ideoloqları, erməni Apostol kilsəsi, beynəlxalq erməni diasporu və xarici güc mərkəzlərinin üzərinə düşür”. 

Bu fikirləri “Yeni TV”nin canlı yayımında politoloq Sahil İskəndərov deyib.

Onun sözlərinə görə, indiyə qədər Ermənistanda heç bir siyasi hakimiyyət erməni xalqının iradəsi ilə seçilməyib: “Onların hamısı kənar qüvvələrin əlaltıları olub. Əlbəttə həmin cinayətləri, təxribatları Ermənistan hakimiyyəti, revanşist qüvvələr törədirlər. Amma onlar alətdirlər. 44 günlük Vətən müharibəsində, Ermənistanın kapitulyasiyasından sonra Fransa və Qərbin bir sıra dövlətlərinin Azərbaycana təzyiq cəhdlərini xatırlayın. Nəzərə almırlar ki, münaqişə bitib və yeni bir sülh erası başlayıb. Məsələ burasındadır ki, bu bəyanatlar elə belə verilmir. Məsələn, Paşinyan deyir ki, hər iki tərəf qoşunlarını sərhəddən geri çəksin və əraziyə Fransa və ABŞ-dan olan sülhməramlılar yerləşdirilsin. Bu Paşinyanın beynin məhsuludur? Xeyr. Bu baxımdan hesab edirəm ki, Ermənistanı çirkli alət kimi istifadə edənlər olmasa, bu ölkə quzu balası kimi olacaq”.