YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Bizə qarşı haqsız, ədalətsiz, hüquqazidd mövqe sərgiləmələrinə görə daha güclü olmalıyıq

“Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamə nə ilkdir, nə də son, bu qəbildən olan növbətidir. Bunlara səbəb müstəqil siyasət yürüdən, inkişaf edib güclənən, beynəlxalq aləmdə nüfuzu yüksələn Azərbaycanı həzm edə bilməməkdir”.

Bu fikirləri “Yeni TV”-nin canlı yayımında Milli Məclisin deputatı Elman Məmmədov Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul olunan qətnamədən danışarkən deyib.

O bildirib ki, onlar regionda Azərbaycanın lider dövlətə çevrilməsini, güclənməsini heç cür həzm edə bilmirlər: “Belə düşünürlər ki, Azərbaycan həmişə zəif olmalı, ərazilərimiz daim işğal altında qalmalı idi. Ancaq Azərbaycan onlar düşündüyü kimi yaşamaq istəməyib, istəmir, istəməyəcək. Azərbaycan müstəqil dövlətdir. Özünün haqlı, ədalətli mövqeyini qoruyan dövlət olaraq yüksək beynəlxalq imicə sahibdir. Ona görə necə davranmaları, erməni lobbisinin girovuna çevrilməmələri barədə düşünməli və nəticə çıxarmalıdırlar”.

E.Məmmədov hesab edir ki, Avropa Parlamentində qəbul olunan qərəzli, heç bir hüquqi əsası olmayan qətnamələr bir növ Azərbaycanın xeyrinədir: “Ona görə ki, biz bizə dost və dost olmayanların siyahılarını müəyyən etmək imkanı qazanırıq. Nəticə çıxardırıq ki, bizə qarşı haqsız, ədalətsiz, hüquqazidd mövqe sərgiləmələrinə görə daha güclü olmalıyıq”.