YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir

Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir. Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyası və bu məsələni beynəlmiləlləşdirmək cəhdləri bölgədə gərginliyin artmasına gətirib çıxara bilər.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı zamanı söyləyib. Bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirən dövlətimizin başçısı qeyd edib ki, münaqişənin bitməsindən altı ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabit olaraq qalır.

Prezident İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin üçtərəfli bəyanata uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edən dövlətimizin başçısı bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.