YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi

“Hər bir azərbaycanlı kimi bu festivalı mən də çox böyük fəxrlə izlədim. Hesab edirəm ki, biz buna sadəcə incəsənət festivalı kimi baxmalı deyilik. Bu, eyni zamanda Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi”.

Bunu “Yeni TV”nin canlı yayımında “Xarıbülbül” festivalı barədə fikirlərini bildirən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.

 O xatırladıb ki, 6 ay əvvəl Azərbaycanın şanlı ordusu Şuşanı düşmən tapdağından azad edib: “6 ay əvvəl real olaraq Azərbaycan ordu gücünü dünyaya sərgilədi. Çox az müddətdən sonra, belə mədəni intellektual festival keçirməklə ölkənin real gücünün fərqli aspektlərini dünyaya göstərə bildik. İctimai-siyasi tərəfdən heç də təsadüf deyildi ki, festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyət nümunələri nümayiş olundu. Digər tərəfdən, Azərbaycanın mədəniyyətinə, incəsənətinə xas olan istər muğam, istərsə də digər musiqi janrlarının səslənməsi, ümumilikdə festivalın keçirilməsi göstərdi ki, bu təkcə mədəniyyət festivalı deyil, həm də Azərbyacanın mədəni-intellektual potensialını dünyaya nümayiş etdirməkdir. Daha vacib bir məqam o idi ki, ulu öndər Heydər Əliyevin səs yazısı səsləndirildi. Burda emosional tərəfdən daha mühüm olan tərəf o idi ki, tarixi torplaqlarımızın indi işğaldan azad olunması təsaüfi deyil. Bu, çox uzun illər ərzində planlanmış, düşünülmüş siyasi addımların davamı idi ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən reallığa çevrildi”.