YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının fəalları şəhid ailələri ilə görüşüblər

YAP Ucar rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı”aksiyası çərçivəsində Vətən müharibəsində şəhid olmuş Mehdili Niftalı Qnyaz oğlunun doğum günü münasibətilə şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Daha sonra təşkilatın nümayəndələri şəhidin ailəsi ilə görüşüblər. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qedy edək ki, şəhid Mehdili Niftalı Qnyaz oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə ” medalları ilə təltif olunub.

 

 

DİGƏR Xəbərlər Arxiv