YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: “Xarıbülbül” musiqi festivalı mühüm mədəniyyət hadisəsi idi

“Uzun müddətdən sonra Şuşada Xarı Bülbül musiqi festivalının keçirilməsi həm də Azərbyacan mədəniyyətinin işğaldan azad olunmasının bir nümunəsidir. Azərbaycan müzəffər Ali Baş Komandanın rəhbərliyi və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində öz gücünə ərazilərini işğaldan azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Təəsüflər olsun ki, işğaldan azad olunmuş ərazilərimizdə olan minlərlə tarixi abidəmiz ermənilər tərəfidən ya dağıdılmış, ya da onların gerçək tarixi saxtalaşdırılmağa çalışılmışdır”. Bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, bu ərazilərə səfərləri zamanı Ali Baş Komandan da bu məsələlərə diqqətdə saxlayır və erməni şovinistlərinin törətdiyi vəhşilikləri əyani şəkildə göstərir. Prezident həmçinin qeyd edir ki, bu ərzilərimizin yenidən bərpası ilə yanaşı, maddi-mədəni tariximizin bərpası istiqamətində də işlər ən yüksək səviyyədə icra olunacaqdır. Artıq biz bu sahədə görülən işlərin şahidiyik. Bu torpaqlar əzəli-əbədi Azərbaycan torpaqlarıdır. Buralarda olan tarixi-mədəni abidələrimiz də bunun əyani sübutlarıdır. İşğaldan azad olunmuş ərazilərdə olan bir çox tarixi-mədəni nümunələr dünya mədəni irsinin də zərif nümunələrindəndir. Əfsuslar olsun ki, erməni vandalları bu abidələrin bir çoxuna ciddi ziyan vurmuşdur. Amma biz əminik ki, güclü Azərbaycan dövləti bu sahədə də işləri ən yüksək səviyyədə təşkil edəcək. Artıq məlum olduğu kimi Şuşa Azərbaycanının mədəniyyət paytaxtı elan olundu.

“Öz coğrafi quruluşuna, tarixinə, mədəni abidələrinə və bir çox parametrlərinə görə unikallığı ilə fərqlənən bu qədim Azərbaycan şəhəri yaxın gələcəkdə dünya miqyasında da tanınan yerlərdən biri olacaqdır. Festivallar böyük bir mədəni hadisədir. Dünyada bir çox şəhərlərin adı məhz orada keçirilən festiavalların adları ilə bağlıdır. Xarı Bülbül musiqi festivalı da öz tarixi və rəngarəngliyi olan, keçirildiyi dövrdə bir çox mədəniyyət insanlarının diqqətini cəlb edən bir mədəniyyət hadisəsi idi. Ermənilərin Şuşa şəhərini işğal etməsilə bu mədəni hadisə də bir növ işğal altına düşmüşdür. Artıq bu torpaqlar öz sahiblərinə qovuşublar. Azərbaycan dövləti bu ərazilərdə öz mədəni irsini bərpa edir. Xarı Bülbül musiqi fetivalı da bunun gözəl nümunələrindəndir”,-deyə millət vəkili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv