YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videokonfrans keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı və Ağdaş rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videokonfrans keçirilib.

Konfransı giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin üzvü, rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın inkişafı, dövlət müstəqilliyimizin möhkəmlənməsi, qorunub saxlanılması üçün əvəzsiz xidmətlər göstərib. Ulu Öndərimiz hakimiyyətə gəldiyi zamandan etibarən Azərbaycan gəncliyinin gələcəyini düşünmüş, onun yürütdüyü uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, uğurlu dönəmini yaşamağa başlayıb.

Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın inkişafı yolundakı müstəsna xidmətlərindən danışan YAP Partiyası İdarə Heyətinin üzvü, partiyanın Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov bildirib ki, Ümummilli Liderimiz həmişə xalqa arxalanıb, gəncliyimizə böyük ümidlər bəsləyib. Ulu Öndərimiz hər zaman bəyan edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Tədbirdə həmçinin, partiya fəalları Tənzilə Şıxıyeva, Teymur Əmirli, Möhlüd Hacıxanov və Dilarə Manafova çıxış edərək Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər.