YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Cavanşir Əhmədovun ailəsini ziyarət ediblər

Bərdə rayonu Alpout  kəndindən Vətən müharibəsi şəhidi Əhmədov Cavanşir Elxan oğlunun doğum günündə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov və Qarabağ müharibəsi əlilləri, veteranları şəhidin  ailəsinə baş çəkib, ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməkliklər göstəriblər.

Qeyd edək ki, əsgər Əhmədov Cavanşir Elxan oğlu müddətli həqiqi hərbi xidmətdə idi və sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Cəbrayıl, Qubadlı, Laçın rayonlarının azad edliməsində iştirak edib və Laçın rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Əhmədov Cavanşir Elxan oğlu ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə ” , “Vətən uğrunda” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.