YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib

YAP Qusar rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan təşkilatın aparat rəhbəri Kamil Sultanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən bəhs edib. Natiq vurğulayıb ki, həyatını doğma xalqına həsr etmiş Ulu Öndərin zəngin tarixə malik ictimai-siyasi fəaliyyəti xalqına xidmətinin ən parlaq nümunəsidir.

O, qeyd edib ki,Azərbaycan xalqı dünya şöhrətli siyasətçi Heydər Əliyevin 98-ci ildönümünü 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən sonra daha yüksək əhval-ruhiyyədə qeyd edir.Tarixi Zəfərimiz unudulmaz lider Heydər Əliyevin ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür.

Tədbirdə həmçinin rayon təşkilatının sədr müavini Nadirşah Şirinov, partiya veteranı, Qusar rayon Ağsaqqallar Şurasının sədri Vahid Mehdixanov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin sədri Ayaz Abdullayev çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin inkişafı və tərəqqisi üçün bütün səylərini göstərib. Qeyd olunub ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.