YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi və bir qrup hərbi qulluqçunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Prezident İlham Əliyev fevralın 12-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi və bir qrup hərbi qulluqçunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları, polkovniklər Zaur Abdullayevə və Səxavət Salmanova “general-mayor” ali hərbi rütbələri verilib.
Bundan başqa, xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən 8 əməkdaş isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.