YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Əfqanıstanın iqtisadi əlaqələrinə dair fikir mübadiləsi aparılıb

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili ilə görüşüb.
Nazirlikdən bildiriblər ki, görüşdə Şahin Mustafayev səfir təyin olunması münasibətilə M. T. Xalilini təbrik edib, Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb, iqtisadi əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.
Mohammad Taqi Xalili səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.