Xəbərlər
Ziyad Səmədzadə: Azərbaycan dövləti maliyyə sabitliyini lazımi səviyyədə qoruyur

«Azərbaycan dövləti maliyyə sabitliyini lazımi səviyyədə qoruyur». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, dünyada qlobal maliyyə sarsıntılarına baxmayaraq, Azərbaycan dövləti özünün maliyyə resurslarını artırıb. Onun sözlərinə görə, sosial-iqtisadi layihələrin həyata keçirilməsi zamanı heç bir maliyyə sıxıntısı hiss edilməyib.
«Çünki Azərbaycanda milli maraqlara, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən vergi, maliyyə, gömrük, bank siyasəti həyata keçirilir. Azərbaycan dövlətinin apardığı düzgün siyasətin nəticəsidir ki, büdcə xərcləri artıq 20 milyard manatı keçib. Eyni zamanda, bu gün Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib»- deyə, komitə sədri vurğulayıb.