Xəbərlər
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yanvar ayında büdcəyə 118 milyon 502 min manat vəsait ödəyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 118 milyon 502 min manat vəsait ödənilib.
SOCAR-dan verilən məlumata görə, bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 931 min manat vəsait köçürüb.