YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Cəfərov: Ermənilər Hərbi Qənimətlər Pakınının yaradılmasını həzm edə bilmirlər

“Nümayəndə heyətimizin üzvləri minalanmış ərazilərin xəritəsinin verilməməsi ilə bağlı məsələni qaldırır və sessiya müddətində təkrar qaldıracaq. Ermənilərin minalanmış ərazilərin xəritələrini verməməsi də əslində Parlament Assambleyasının sessiyasının müvafiq müzakirələrinə salınmalı idi. Ancaq Assambleya yenə bitərəf mövqe tutmadı, ikili standartlar özünü göstərdi. Münaqişə qurtarandan sonra hər iki tərəfi narahat edən məsələ müzakirə olunmalı idi. Müzakirənin adından bəllidir ki, burada yenə qərəzli mövqe var”. Bu fikirləri Azərbaycanın AŞPA-da  nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı  Kamal Cəfərov deyib.

Kamal Cəfərov bildirib ki, erməni deputatlar Bakıdakı Hərbi Qənimətlər Parkının açılışını həzm edə bilmirlər. Ağır psixoloji vəziyyətdədirlər, beyin yuyulmasına məruz qalıblar. Xatırlatdıq ki, ermənilərin törətdiyi Xocalı faciəsi var, mülki əhalinin amansızcasına öldürülməsi faktı var.

Millət vəkilinin sözlərinə görə, ötən il noyabrın 10-dan sonra saxlanılan erməni təxribatçıları ilə bağlı məsələni erməni tərəfi qış sessiyasında və yaz sessiyasında da gündəliyə salmağa cəhd edib. Qış sessiyasında ermənilərin niyyətləri baş tutmadı. Yaz sessiyasında isə müvafiq siyasi partiyalara yalvararaq, yüz cür don geyərək debatlara sala bildilər.

DİGƏR Xəbərlər Arxiv