Xəbərlər
Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcı vəzifəsinin icrasına başlayıb.
Bu barədə Türkiyə səfirliyinin “Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, aprelin 19-da Bakıya gələn diplomatın səfirlikdə qarşılanma mərasimi keçirilib.
Səfirliyin kollektivinə təqdim olunduqdan sonra Cahit Bağcı səlahiyyətlərinin icrasına başlayıb.