YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il Neft Fondundan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılmasına 300 milyon manat ayrılıb

Ötən il ərzində Azərbaycan Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 9 milyard 337,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
Fonddan verilən məlumata görə, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 80,2 milyon manat vəsait ayrılıb.
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə 57,1 milyon manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na 33,5 milyon manat vəsait yönəldilib.
Həmçinin “Star” neft emalı kompleksinin tikintisi üzrə 223,5 milyon manat, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 40 milyon manat vəsait ayrılıb.
Bu dövr ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 45,9 milyon manat təşkil edib.