YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Baş naziri Qırğızıstanın müdafiə naziri ilə görüşüb

Fevralın 11-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyev ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə belə yüksək səviyyəli səfərlərin ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərdiyi vurğulanıb. İqtisadi və humanitar əməkdaşlıq üzrə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının məqsədyönlü fəaliyyəti qeyd edilərək bildirilib ki, postsovet məkanında ən dinamik inkişaf edən respublikalardan biri olan Azərbaycan ilə Qırğızıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlər üzrə, o cümlədən müdafiə nazirlikləri arasında da davam etdirilməsi günün tələbidir. Odur ki, hər iki ölkənin müdafiə və müdafiə sənayesi, hərbi təhsil və təcrübə mübadiləsi sahələrində faydalı əməkdaşlıq imkanlarından səmərəli istifadənin zəruriliyi qeyd olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbət gedərkən tərəflər yekdilliklə vurğulayıblar ki, işğal altında qalan torpaqların qeyd-şərtsiz azad edilməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həlli ümumən bölgədə sülhün və sabitliyin qorunması baxımından vacibdir.
Görüşdə qarşılıqlı faydalı münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına dair bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.