YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Elman Nəsirov seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Elman Nəsirov 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə seçicilərlə növbəti görüşünü keçirib.

Elman Nəsirov təmsil etdiyi seçki dairəsinin sakinləri- Mirhəbib Muradovu, Kərim Sadıqovu, Vüsal Rəsulovu, Şəmsi Aslanovu, Sadiq İbrahimovu, Nərgiz İmanzadəni, Nurəddin Abıyevi, Rövşən Mahmudovu, Əliqismət Cəfərovu, Tahir Əsgərovu, Həsənxan Babayevi, Sarvan Rzayevi qəbul edib.  

Qəbul zamanı vətəndaşlar məşğulluq, sosial müdafiə, elm və təhsil, mənzil və torpaq, kənd təsərrüfatı məsələləri ilə bağlı çətinliklərini dilə gətiriblər. Bir sıra problemlər yerində öz həllini tapıb.
Millət vəkili Elman Nəsirov narahatlıq doğuran məsələlərin həlli ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.