YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri Şəmkir rayonunun Təzəkənd və Qədimqala kəndlərində Vətən müharibəsi şəhidləri İsrafilzadə Elçin Bəxtiyar oğlu, Həsənov Bəşir Xəqani oğlu, Hüseynov Anar Saday oğlu, Məmmədov Rüstəm Müsəllim oğlunun ailələrini ziyarət edib və ailənin qayğıları ilə maraqlanıblar.

Ziyarət  zamanı YAP rayon təşkilatının sədri Fəxrəddin Vəliyev vurğulayıb ki, Vətən müharibəsində öz həyatlarını torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Səmimi söhbət əsnasında dövlət başçımızın şəhid ailələrinə göstərdiyi böyük diqqətin bizlər üçün də nümunə təşkil etdiyini bildirən təşkilat sədri deyib ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əlindən gələni əsirgəməyəcək.

Daha sonra rayon təşkilatı tərəfindən bir neçə qazi ailəsi ziyarət olunub.

Şəhidlərin və qazilərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.