YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrupun yaradılması barədə Sərəncam imzalayıb

Prezident İlham Əliyev aprelin 19-da Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrupun yaradılması barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə yaradılan İşçi qrupun rəhbəri Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub. İşçi qrupa 8 üzv daxildir.