YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Ermənilər əsassız iddiaları ilə bağlı rəsmi sənədləri varsa üzə çıxarsınlar

Prezident Rəcəb Tayyib Ərdoğan Kolumbiyaya səfəri zamanı çıxışlarında Ermənistan rəhbərliyini və erməni diaspor təşkilatlarını Türkiyəyə qarşı qeyri-səmimiyə görə kəskin ittiham edib.
“Anadolu” agentliyinin məlumatına görə, Prezident bildirib ki, Ermənistan rəhbərliyi aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək dövlət mərasimlərinə qatılmaqla Türkiyənin qurtuluş savaşında canlarını fəda edən şəhidlərin qəhrəmanlığına dair həqiqətlərin şahidi ola bilərdi.
Dövlət başçısı deyib ki, Ermənistanın və erməni diaspor təşkilatlarının Türkiyəyə qarşı iddiaları tam əsassızdır. Bu uydurma iddialara dair həqiqətlərin ortaya çıxmasının yeganə yolu arxivlərin açılmasıdır. Türkiyə bu istiqamətdə ilk addımı atıb. Arxivlərdən çıxarılmış 1 milyondan artıq rəsmi sənəd ermənilərin Türkiyəyə qarşı saxta iddialarını ifşa edir. Əgər əsassız iddialarla bağlı rəsmi sənədləri varsa ermənilər də üzə çıxarsınlar.